|
|
Qiymətlər
haraya gedir?
Rieltorların verdikləri məlumatlara görə, bu cür
sakitçiliyə hələ də rast gəlinməmişdir. Son bir həftədir ki, heç
bir mənzilə baxış keçirilməmiş, yalnız mənzillərini satmaq istəyi
ilə gündə 2-3 zəng olunmuşdur. Mənzil əldə etmək barədə son razılaşmalar
ötən ayda- oktyabrda olub. Çoxlu sayda alqı-satqı agentlikləri ümumiyyətlə
ya fəaliyyətlərini dayandırmış, yaxud da ki, çarəsiz qalaraq müştəri
axtarışını davam etdirirlər. Problem alıcının olmamasındadır.
Bazar üzrə ilkin nəticə belədir: alıcılar qiymətin daha artıq enəcəyini
gözləyirlər, satıcılar isə qiyməti 5%-dən çox aşağı endirmirlər.
Əgər əvvəllər 1 otaqlı mənzil 35-40 günə satılırdısa artıq bu müddət
5 dəfəyə yaxın artıb. Bazar iştirakçılarının dediklərinə görə son
10 ildə qiymətlər bu qədər davam gətirməmişdir.
Rieltorlar yaxın 1-2 həftəyə mənzilin qiymətinin 3-5% enəcəyini
söyləyirlər. Real alıcı olduqda isə satıcı qiymətdə daha artıq güzəştə
getməyə hazır olur. Yeni tikililərdə isə tikinti şirkətləri qiymətdə
heç bir güzəştə getmək istəmir, yalnız fərdi şəxslər bu binalarda
əvvəllər aldıqları mənzilləri satmaqda güzəştə getməyə hazırdırlar.
Əgər may ayında alqı-satqı agentliklərinin stabil gəliri var idisə,
indi bir neçə agentliklər öz pullarını paytaxtın daşınmaz əmlakına
yatırmaq istəyən əvvəlki daimi müştərilərin hesabına yaşayırlar.
Bakı şəhəri sakinləri qiymətlərin enməsini çoxdan gözləyirdilər.
Bəlkə də həmin an indi yetişib. Maliyyə bazarında qeyri sabitlik
sahibkarların pullarını gələcəkdə çoxlu və stabil gəlir əldə etmək
ümidi ilə daşınmaz əmlaka yatırmalarına gətirib çıxartdı. Son nəticədə
daşınmaz əmlakda qiymət artımı təklifin tələbdən çox olmasına gətirib
çıxartdı və bazar tam dayandı, qiymətlər enməyə başladı. Əgər hal-hazırda
bina tikintisi ilə məşğul olan iş adamları qiymət dəyişməyə tələsmirlərsə,
dediklərinə görə, öz alıcılarına qiymətdə güzəştə getməyə hazırdırlar.
Son bir ayda daşınmaz əmlak bazarında satışa təklif edilən mənzillərin
sayı 5,1 min ədəddən 5,6 minə qədər yüksəlmişdir.
Mənzillərin sayı ilkin bazarda olduğu kimi təkrar bazarda da yüksəlmişdir.
Hal hazırda satıcılar mənzillərini yüksək qiymətlə satmağa tələsirlər,
lakin alıcılar tələsmirlər, halbuki bu yaxınlarda tamamilə tamam
başqa bir vəziyyət idi. Təkcə oktyabr ayında Bakıda təklif 30-35
% yüksəlmişdir, tələb isə 15-20 % enmişdir. Daşınmaz əmlak bazarındakı
qeyri sabitlik satıcıları qorxuzur. Buna görə də onlardan bəziləri
mənzillərini bu gün sataraq pullarını almaq, digərləri isə bazardakı
sabitliyin yenidən olacağını gözləyir.
Analitiklərin hesabına görə, təkliflə tələb arasındakı uyğunsuzluq
cari ilin sonuna qədər daha da artacaq və bunun başlıca səbəbi bankların
ipoteka kreditinin verilməsini dayandırması, maliyyə bazarlarındakı
qeyri-stabillik və dünya daşınmaz əmlak bazarlarında müşahidə edilən
dəyişikliklərdir. Kredit götürməyə macal tapan insanlar isə hələ
də daşınmaz əmlak alır. İpoteka kreditin durumu isə yəqin ki, növbəti
ilin əvvəllərində mənzil satışı sıfıra enəndə bəlli olacaq.
Bakıda daşınmaz əmlak bazarındakı qiymət enişi əvvəllər də baş vermişdir,
lakin zaman ötdükcə yenidən hər şey öz yoluna qayıdır. Daşınmaz
əmlakın qiymətini üfürərək şişirtməyə ehtiyac yox idi, ona görə
də qaydaların dəyişildiyi vaxt geriyə dönmə anı gəlib çatdı və real
bazarın qaydaları ilə oynamaq lazımdır.
Ekspert: Faiq İbrahimov
|
 |
 |
|
 |