Vergi konsaltinqi
Vergiqoyma sahəsində xidmətlərin göstərilməsi zamanı “MBA CONSULTING GROUP” mütəxəssisləri hər bir müştərinin sahəvi spesifikliyini, təşkilati strukturunu və konkret biznes vəziyyətini nəzərə alırlar. Vergi məsləhətçiliyi sahəsində çoxillik təcrübəmiz bizə Azərbaycan Respublikasının vergi qanunvericiliyi və beynəlxalq vergi qanunvericliyi və müxtəlif vəziyyətlərdə onun normalarının tətbiqi təcrübəsi sahəsində biliklərimizə əsaslanan optimal ekspert qərarları təqdim etməyə imkan verir.
Biz aşağıdakı xidmətləri göstəririk:
Məsləhətçilər təşkilatda müəyyən problemləri uğurla həll etməyə qadir olan şəxslər çatışmadıqda dəvət oluna bilər.Bundan ötrü çox zaman məsləhətçinin, bir qayda olaraq, çoxundan daha yaxşı bələd olduğu xüsusi metod və üsullar lazımdır.
Bəzən təşkilatda zəruri vərdişlər və ixtisas olsa da, onun sahibləri və top-menecment yaranmış problem üzərində dərin və davamlı iş üçün sərbəst imkana malik olmur.
Hətta təşkilatdakı ən yaxşı adamlara belə şəxsi əlaqələr və mövcud ənənələr və dəyərlər çox güclü təsir göstərə bilər, bu da problemi olduğu kimi görməyə mane olur. Bir qayda olaraq, məsləhətçi sifarişçi təşkilatdan asılı olmur və onun daxili qarşılıqlı münasibətlərinə məruz qalmır. Təşkilatın üzvləri obyektiv olmadıqda o, kənardan təzə baxış təqdim edə və qərəzsiz qala bilir.
Məsləhətçinin işinin təlim səmərəsi ən vacibdir.Məsləhətçinin vəzifəsi təşkilata yeni biliklər və təcrübə gətirmək və menecerlərə və əməkdaşlara öz təcrübəsi əsasında öyrənməkdə kömək göstərməkdir. O, təşkilata öz-özünə kömək etməkdə kömək göstərir.