Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi
Əmlakın qiymətləndirilməsi qiymətləndirmə fəaliyyətində ən populyar istiqamətdir, bu qiymətləndirmə növü korporativ və dövlət idarəetməsinin bütün sahələrındə, habelə şəxsi həyatda tətbiq olunur.
Qiymətləndirmənin əsas məqsədləri aşağıdakılardır:
Bizim bu sahədə xidmətlərin tam spektrinin təqdim edilməsi sahəsində ciddi təcrübəmiz mövcuddur. Şirkətimizin yaranmasından bu günə qədər 15 mindən artıq bu növ iş yerinə yetirilmişdir. Obyektlərin coğrafiyası Azərbaycanın bütün ərazisini, yaxın və uzaq xarici ölkələri əhatə edir.
Siz bizim Şirkətimizdə daşınar və daşınmaz əmlakın bütün növlərinin qiymətləndirilməsini sifariş verə bilərsiniz, o cümlədən:
Məsləhətçilər təşkilatda müəyyən problemləri uğurla həll etməyə qadir olan şəxslər çatışmadıqda dəvət oluna bilər.Bundan ötrü çox zaman məsləhətçinin, bir qayda olaraq, çoxundan daha yaxşı bələd olduğu xüsusi metod və üsullar lazımdır.
Bəzən təşkilatda zəruri vərdişlər və ixtisas olsa da, onun sahibləri və top-menecment yaranmış problem üzərində dərin və davamlı iş üçün sərbəst imkana malik olmur.
Hətta təşkilatdakı ən yaxşı adamlara belə şəxsi əlaqələr və mövcud ənənələr və dəyərlər çox güclü təsir göstərə bilər, bu da problemi olduğu kimi görməyə mane olur. Bir qayda olaraq, məsləhətçi sifarişçi təşkilatdan asılı olmur və onun daxili qarşılıqlı münasibətlərinə məruz qalmır. Təşkilatın üzvləri obyektiv olmadıqda o, kənardan təzə baxış təqdim edə və qərəzsiz qala bilir.
Məsləhətçinin işinin təlim səmərəsi ən vacibdir.Məsləhətçinin vəzifəsi təşkilata yeni biliklər və təcrübə gətirmək və menecerlərə və əməkdaşlara öz təcrübəsi əsasında öyrənməkdə kömək göstərməkdir. O, təşkilata öz-özünə kömək etməkdə kömək göstərir.