Layihə üzrə konsaltinq layihə fəaliyyətinin planlaşdırılması və müşayiət olunması (layihənin hazırlanması, reallaşdırılması, monitorinqi və onun nəticələrinin qiymətləndirilməsi) üzrə xidmətlər kompleksidir.Layihə konsaltinqi developmentin müxtəlif mərhələlərində ayrı-ayrı developer layihələri üçün göstərilir.
Savadlı və səriştəli konsepsiyanın işlənib hazırlanması hər hansı uğurlu layihənin bünövrəsidir.
Analitik Mərkəz aşağıdakı xidmətləri göstərməyə hazırdır:
Best use (torpaq sahəsindən ən yaxşı və səmərəli şəkildə istifadənin təhlili).
Analitik Mərkəz torpaq sahəsindən istifadənin ən səmərəli variantının aşkara çıxarılması üzrə kompleks işlər həyata keçirəcəkdir.Tədqiq edilən sahədə daşınmaz əmlak obyektinin tipi, format və zəruri həcmi haqqında əsaslandırılmış qərar veriləcəkdir.
Konsepsiyaların/layihələrin auditi və işlənib hazırlanması
Mövcud konsepsiyanın auditi artıq işlənib hazırlanmış konsepsiyanın konseptual qərarların (funksional təyinat, tikintinin həcmi və növbəliliyi, obyektin zonalaşdırılması və meydançaların formatları) uyğunluğu baxımından təhlilidir. Konsepsiyanın auditinin əsas vəzifəsi müasir şəraitdə səmərəsiz olan köhnəlmiş qərarların aşkar edilməsidir.
Konsepsiyanın/layihələrin auditi aşağıdakıları əhatə edir:
Konsepsiyanın/layihələrin işlənib hazırlanması aşağıdakıları əhatə edir:
Daşınmaz əmlak obyektinin inkişaf konsepsiyası seçilmiş ən səmərəli seqmentin və daşınmaz əmlak obyektinin funksionallığının təhlili, habelə onun inkişaf etdirilməsinə, idarə olunmasına və reallaşdırılmasına dair tövsiyyətlərin işlənib hazırlanmasıdır.
Tikinti layihəsinin konsepsiyasının işlənib hazırlanması mərhələli surətdə həyata keçirilir:
Biz həm yuxarıda sadalanan işlərin ayrı-ayrı bloklarını, həm də tikinti layihələrinin kompleks konsaltinq müşayiətini yerinə yetiririk.
Məsləhətçilər təşkilatda müəyyən problemləri uğurla həll etməyə qadir olan şəxslər çatışmadıqda dəvət oluna bilər.Bundan ötrü çox zaman məsləhətçinin, bir qayda olaraq, çoxundan daha yaxşı bələd olduğu xüsusi metod və üsullar lazımdır.
Bəzən təşkilatda zəruri vərdişlər və ixtisas olsa da, onun sahibləri və top-menecment yaranmış problem üzərində dərin və davamlı iş üçün sərbəst imkana malik olmur.
Hətta təşkilatdakı ən yaxşı adamlara belə şəxsi əlaqələr və mövcud ənənələr və dəyərlər çox güclü təsir göstərə bilər, bu da problemi olduğu kimi görməyə mane olur. Bir qayda olaraq, məsləhətçi sifarişçi təşkilatdan asılı olmur və onun daxili qarşılıqlı münasibətlərinə məruz qalmır. Təşkilatın üzvləri obyektiv olmadıqda o, kənardan təzə baxış təqdim edə və qərəzsiz qala bilir.
Məsləhətçinin işinin təlim səmərəsi ən vacibdir.Məsləhətçinin vəzifəsi təşkilata yeni biliklər və təcrübə gətirmək və menecerlərə və əməkdaşlara öz təcrübəsi əsasında öyrənməkdə kömək göstərməkdir. O, təşkilata öz-özünə kömək etməkdə kömək göstərir.